YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Biləsuvarda şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə şahmat turniri keçirib.

Tədbirdə çıxış edənlər görkəmli alimin həyatı və fəaliyyətindən danışaraq onun ailəsi, xalqı və dövləti uğrunda fədakarlığının gələcək nəsillər üçün bir örnək olduğunu diqqətə çatdırıblar.

26-28  aprel tarixində keçirilmiş turnirdə İlham Əzizağa oğlu Əzizov birinci, Tehran Ədiş oğlu Qasımov ikinci, Vaqif Valeh oğlu Həsənov üçüncü yerə layiq görülüb.

Qaliblər YAP Biləsuvar rayon təşkilatı tərəfindən mükafatlandırılıblar.