YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Həsənov: Hərbi, hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair apardığımız fikir mübadiləsinin nəticələrindən tam razıyam

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya paytaxtında keçirilən beynəlxalq təhlükəsizlik üzrə III Moskva konfransında iştirak edir.

Z.Həsənov müsahibəsində bildirmişdir ki, konfrans çərçivəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu və İranın müdafiə naziri Hüseyn Dehqan ilə görüşlər yüksək səviyyədə və qarşılıqlı anlaşma şəraitində keçmişdir. Z.Həsənov demişdir: “Hər iki nazirlə görüşlərimdə hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Qeyd etməliyəm ki, həm hərbi, hərbi texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair apardığımız fikir mübadiləsinin nəticələrindən tam razıyam”.

Azərbaycanın müdafiə naziri görüşlərdə Xəzər dənizində hərbi təlimlərlə bağlı müzakirələrin də aparıldığını bildirmişdir.