YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Goranboy rayonunda təbii fəlakətdən zərər çəkmiş ailələrə yardım göstərib

Məlum olduğu kimi, aprelin 30-da əlverişsiz hava şəraiti ölkəmizin şimal-qərb rayonlarında, o cümlədən Goranboyda rayonunda ciddi fəsadlar törədib. Yağan leysan yağışları, dolu çaylarda suyun səviyyəsinin qalxmasına səbəb olub və yaranan sel suları nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və fərdi təsərrüfatlara ciddi ziyan dəyib. 

Hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür. 

97 saylı seçki dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarından Mili Məclisin deputatı Ağalar Vəliyev baş vermiş hadisəyə dərhal reaksiya göstərib. Belə ki, millət vəkilinin təşəbbüsü ilə deputat ofisinin nümayəndələri Goranboy Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə rayonun təbii fəlakətdən ən çox ziyan çəkmiş kəndlərində, o cümlədən Gürzallar və Aşağı Ağcakənd kəndlərində olub, ziyan dəymiş evlərə və fərdi təsərrüfatlara baxış keçiriblər. Gürzallar və Aşağı Ağcakənd kəndlərində təbii fəlakət nəticəsində evlərinə, təsərrüfatlarına zərər dəymiş 22 ailəyə maddi yardım göstərilib.