YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda iki yeni uşaq bağçası tikilir

Samuxda məktəbəqədər uşaq tərbiyə müəssisələrində aparılan yenidənqurma işləri nəticəsində son bir neçə ildə rayondakı 16 uşaq bağçasından 8-i təmir olunaraq müasir tələblər səviyyəsində istifadəyə verilmişdir. Təkcə 2013-cü ildə 4 bağça istilik sistemi və müasir avadanlıqla təmin edilmişdir.

Bu yaxınlarda isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayon mərkəzində iki yeni bağçanın inşasına başlanılmışdır. Hər biri 100 yerlik olan bu müəssisələr ikimərtəbəli olacaqdır. Burada bütün yaş qrupundan olan körpələrin qidalanması, təlim-tərbiyəsi, rahat dincəlməsi və əylənməsi üçün hər cür şərait yaradılacaqdır. Bağça binalarının cari ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulmuşdur.