YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda ədəbi-bədii tədbir keçirilib

Nərimanov rayonu 207 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə Milli Məclisin sədr müavini Adil Əliyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, 207 saylı tam orta məktəbin direktoru Sədaqət Seyidova, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, YAP Nərimanov rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəbin kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Seyidova bildirib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. 

Milli Məclisin sədr müavini Adil Əliyev qeyd edib ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş dahi şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib

Daha sonra məktəbin şagirdlərinin təqdimatında ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən ədəbi-bədii kompozisiya təqdim olunub.