YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müasir Azərbaycanın memarı” mövzusunda rəsm sərgisi təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı, Mingəçevir Turizm Kollecinin və Mingəçevir Gənclər Evinin  təşkilatçılığı ilə Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycanın memarı” mövzusunda rəsm sərgisi təşkil olunub. 

Sərginin məqsədi uşaq və gəncləri vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə etmək, onlara yüksək mənəvi-əxlaqi keyfiyyətləri aşılamaq, milli mədəniyyətimizə və incəsənətimizə marağı artırmaq, gənclərin qabiliyyətlərini üzə çıxarmaqdır.

Daha sonra kollecin tələbələrinin ifasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunan konsert proqramı təqdim olunub.