YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəsillər üçün nümunə

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

78-ci ildönümündə faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının qəhrəmanlığını və fədakarlığını yad edirik. Azərbaycanda Böyük Vətən Müharibəsinə səfərlik 1941-ci ildə başlayaraq qısa zaman kəsiyində ümümxalq hərəkatına çevirilmişdir. Təkcə səfərbərlik dövrünün ilk dövrlərinə nəzər yetirdikdə müşahidə etmək olur ki, 40 min nəfər könüllü şəkildə ilkin çağırışa cavab olaraq döyüşə qatılmaq üçün müraciət etmişdir. Xüsusi diqqət çəkən məqam Azərbaycandan olan qadınların səfərbərlikdə böyük saylarla iştirak etməsidir. Belə ki, 260 min nəfərə yaxın qadın döyüş zamanı müxtəlif vəzifələrin icrası üçün səfərbərliyə cəlb olunub.

Azərbaycan SSR-də müharibə dövründə 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, o cümlədən, 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyaları formalaşdırılıb. 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşərək Qafqazdan Berlinə qədər böyük şücaət göstəriblər. Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər strateji əhəmiyyətli yaşayış məntəqələrinin müdafiəsi uğrunda xalqımızın qəhrəman oğulları rəşadətli döyüş yolu keçiblər. Eyni zamanda Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin faşist işğalından azad olunmasında da iştirak ediblər. 

İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Azərbaycan neftinin əvəzolunmaz rolu hərkəsə məlumdur. Sovet hərbi birləşmələrinin, texnikalarının neft məhsullarına tələbatının az qala 100 faizini qarşılayan Azərbaycan neftçiləri qələbənin əldə olunmasında xüsusi fədəkarlıq göstəriblər. SSR-də istehsal olunan neftin 71,4%-ni Azərbaycan nefti təşkil edib. Neftin istehsalından əlavə, akademik Yusif Məmmədəliyev tərəfindən aviasiya benzinin əldə edilməsində yeni texnologiyanın kəşfi hərbi aviasiyanın düşmən üzərində qətiyyətli qələbə qazanmasına önəmli töhfə vermişdir. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın rolu haqqında Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koalisiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı”.

Faşizm üzərində Qələbənin ildönümü respublikamızda hər il təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev 9 May – Qələbə Günündə görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edərək, bu dəhşətli müharibədə öz canlarını vətən uğrunda fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşərək onları təbrik edir. Müharibə veteranların sosial müdafiəsi daim ölkə rəhbərinin diqqətindədir və hər il qələbə bayramı ərəfəsində bu istiqamətdə sərəncamlar imzalanır. Prezident İlham Əliyev müharibədə döyüşən qəhrəman oğul və qızlarımız haqqında demişdir: “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”.

Aprelin 26-da Prezident İlham Əliyev tərəfindən “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır. Bu sərəncam 1941-1945-ci illərdə İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara qayğının davamıdır.

DİGƏR Xəbərlər Arxiv