YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP gəncləri Konrad Adenauer Fondunun Gənc Siyasətçilər üçün Gürcüstanda təşkil olunmuş “Yay məktəbi”ndə iştirak ediblər

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir qrup üzvü Almaniyanın Konrad Adenauer Fondunun Gürcüstanda təşkil etdiyi Gənc Siyasətçilər üçün “Yay məktəbi”ndə iştirak ediblər. 9-13 iyun tarixində reallaşan layihə çərçivəsində keçirilən treninqlərdə verilən fərdi və qrup tapşırıqlarında YAP gəncləri intellektual bazası, yüksək ingilis dili səviyyəsi və fəallıqları ilə seçiliblər.

“Yay məktəbi”nin Bakıda keçirilən 2015-ci il I Avropa Oyunlarının açılış mərasimi ərəfəsinə təsadüf etməsi ilə əlaqədar olaraq YAP gəncləri əlamətdar idman tədbiri haqqında təlim iştirakçılarını məlumatlandırıblar. İyunun 12-də YAP gənclərinin təşəbbüsü ilə I Avropa Oyunlarının açılış mərasiminin təlimin keçirildiyi hotel ərazisində proyektorla geniş ekranda birbaşa izlənməsi təşkil edilib. Layihə iştirakçıları olan azərbaycanlı, gürcüstanlı və ermənistanlı gənclər ilə yanaşı, ərazidəki turistlər də bu möhtəşəm mərasimin şahidi olublar.

Təlimin sonuncu günündə iştirakçılar “Yay məktəbi”ni uğurla başa vurmaları ilə əlaqədar olaraq sertifikatlarla təltif ediliblər. Azərbaycan xalqının birliyinin və I Avropa Oyunlarının simvollarından olan narın təsviri olan suvenir YAP gəncləri tərəfindən layihə təlimçilərinə təqdim olunub.

 

DİGƏR Partiya xəbərləri Arxiv