YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskarlıq missiyası

Məhərrəm Ağalaroğlu

Tanrı hər bir insana bir missiya verir, hər bir xalqa isə xilaskar bəxş edir. Missiyası xilaskarlıq olan şəxsiyətlər öz qövmünü zalimin zülmündən xilas edir, xalqına gözəl gələcək bəxş edir. Eyniilə Azərbaycanın böyük oğlu, dövlətimizin qurucusu, millətimizin xilaskarı Ümummilli Lider Heydər Əliyev kimi...

Ümummilli Lider həyata keçirdiyi siyasətlə xalqın özünü, milli kimliyini dərk etməsində mühim rol oynayıb. Bunun nəticəsidir ki, keçmiş İttifaqın tərkibində olan türkdilli xalqlardan fərqli olaraq Azərbaycan xalqı milli kimliyii daha tez – müstəqillik mübarizəsinə başladığı illərdən dərk edirdi. Bu mənada bir məqam da diqqəti cəlb edir. Belə ki, digər türkdilli xalqlar müstəqilliklərini qazandıqdan sonrakı 30 il ərzində tədricən türklüyünü qavramağa başladı. Ulu Öndər hakimiyyətdə olduğu ilk illərdən xalqın milli kimliyini dərk etməsi üçün çalışıb. Bu məqsədlə milli düşüncənin təbliğatçılarını hər zaman müdafiə və mühafizə edib.

Dövlətin müstəqilliyinin qoruması üçün güclü iqtisadiyyatın, qüdrətli ordunun vacibliyini yaxşı bilən Ümummilli Lider Heydər Əliyev keçmiş SSRİ dövründə rəhbər vəzifədə çalışdığı ilk illərdən xalqımızı müstəqilliyə hazırlamaq üçün bir sıra mühim addımlar atıb. Məlum olduğu kimi keçmiş SSRİ dövründə azərbaycanlıların döyüş vərdişlərinə, silahla davranış qaydalarına yiyələnməməsi üçün ya hərbi xidmətə aparılmır, yaxud da məqsədli şəkildə tikinti, sürücü, çörəkbişirən kimi sahələrdə xidmətə yönləndirilirdilər. Xalqımızın döyüşkən ruhunu geri qaytarmaq, hərb sənətinin incəliklərinə yiyələnməsini təmin etmək məqsədi ilə Ümummilli Lider Heydər Əliyev Bakıda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasını təmin etdi.

Ulu Öndərin hakimiyyətinin birinci mərhələsində - 1970-1985-ci illər ərzində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Nəticədə xalq müstəqil yaşaya biləcəyinə inandı. Bundan əlavə, Azərbaycan dilinin dövlət dili olaraq qəbul edilməsi də Ulu Öndərin səyi nəticəsində mümkün olmuşdur.

Müstəqilliyi təhlükəyə düşən, növbəti qırğınlardan xilas olmaq istəyən xalqımız təkidlə tələb edərək Ümummilli Lider Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra respublikamız intibah dövrünə qədəm qoydu. Belə ki, əvvəlcə məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanın güclənməsini təmin etmək məqsədi ilə cəbhədə atəşkəsə nail olan Ümummilli Lider “Əsrin müqaviləsi”ni imzalamaqla iqtisadi inkişafın, müasir güclü ordu quruculuğunu, o cümlədən digər mühim sahələrin inkişafının əsasını qoydu.

Ulu Öndər igidliklə qüvvət qapılarını açaraq elə bir Azərbaycan miras qoyub ki, xalqımız bu gün olduğu kimi, qərinələrlə bəhrəsini dərəcək.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf strategiyasını bu günün tələblərinə uyğun olaraq məharətlə həyata keçirən Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətlər sırasına yüksəldib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır!