YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

«Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib». Bu fikri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bir neçə ildir ölkəmizdə beynəlxalq humanitar forumlar, eləcə də dünyanın ayrı-ayrı təşkilatlarının tədbirləri  keçirilir. Onun sözlərinə görə, bu mötəbər tədbirlərdə dünyanı narahat edən problemlər müzakirə olunur.

«Gələn il Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. Bu da Azərbaycanın dünyada tanıdılması baxımından möhtəşəm tədbir olacaq. Bütün bunlar ölkəmizin inkişafını göstərən amillərdir. Bu o deməkdir ki, xalqımız ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir və bunun nəticəsində də ölkəmiz hərtərəfli inkişaf edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.