YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şevkət Dəmirələ başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şevkət Dəmirələ başsağlığı verdi.

Başsağlığında deyilir: “Sizin böyük qardaşınız, Azərbaycan xalqının əsl dostu Süleyman Dəmirəlin vəfat etməsi xəbəri məni sarsıtdı.

Dünyada böyük hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimi, bütün gücünü qardaş Türkiyəyə fədakarcasına xidmətə həsr etmiş gözəl insan dünyasını dəyişmişdir.

Xalqlarımızın iki dahi oğlunun – Heydər Əliyevin və Süleyman Dəmirəlin böyük dostluğu bizim xatirimizdə həmişəlik qalacaqdır.

Sizə və bütün ailənizə bu ağır itki ilə əlaqədar öz adımdan və bütün ailəmiz adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”!

DİGƏR Xəbərlər Arxiv