YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Bu ilin ötən dövründə 1860 sahibkarlıq subyektinə 90,5 milyon manat güzəştli kredit verilib

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirməsi davamlı xarakter daşıyır. Bu fikri Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1860 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 90,5 milyon manat güzəştli kredit yönəldilib. Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

 «Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 176 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 5900-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb»- deyə, icraçı direktor vurğulayıb.