YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin, və Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda multikulturalizm siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, muzeylə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov Azərbaycan Rus İcmasının sədr müavini Boris Voronin, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov və başqaları diqqətə çatdırıblar ki, ulu öndər Heydər Əliyev Azərbaycanın multikulturalizm modelinin siyasi banisidir. Qeyd olunub ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bu gün mədəni, linqvistik, etnik və konfessial rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Vurğulanıb ki, müxtəlif millətlərin və dinlərin nümayəndələri min illərdən bəri ölkəmizdə dost və qardaş kimi yaşayıb, Azərbaycanı ümumi vətənləri kimi qoruyublar. Zəfərlə başa çatan Vətən müharibəsində də Azərbaycan Ordusunun sıralarında ölkəmizdə yaşayan müxtəlif xalqların minlərlə nümayəndəsi döyüşüb, Vətənin müdafiəsinə qalxıb.

Çıxışlardan sonra Azərbaycan Rus İcmasının fəaliyyətində aktiv iştirakına və birgə əməkdaşlığa görə bir qrup şəxs təltif olunub.

DİGƏR Xəbərlər Arxiv