YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın ikitərəfli formatı uğurla inkişaf edir

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

 “Dövlətimizin Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə mövzusu deyil. Fakt isə odur ki, Azərbaycan üzv olmadığı platformalardan və təsisatlardan da heç vaxt kənarda durmur. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə arasında münasibətləri bu mənada xüsusi olaraq nümunə kimi göstərmək olar. Ermənistan istisna olmaqla bu kontekstdə Dövlətimizin Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı son otuz ildə uğurla inkişaf edərək indiki səviyyəyə qalıxmışdır.” Bu fikirləri YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev söyləyib.

Abbas Əliyev vurğulayıb ki, bu gün Azərbaycan regionun yeni arxitekturasının müəyyənləşməsində mühüm vasitə olacaq və qarşılıqlı iqtisadi inkişafa zəmin yaradacaq Zəngəzur dəhlizinin layihəsinin təşəbbüskarıdır. Dövlətimizin bu bölgədə bir sıra vacib iqtisadi layihələrin icrasında rolu və təşəbbüsü olduqca vacibdir. Dövlətimizin iştirakı və təşəbbüsü olmadan bu bölgədə heç bir layihə reallığa çevrilə bilmir. Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi layihələr diqqətlə izlənilir. Ölkəmizin iqtisadi potensialı ilə yanaşı logistika sahəsində imkanları da olduqca böyükdür.

Abbas Əliyev qeyd edib ki, dörd ildir Azərbaycan yüz iyirmi dövləti birləşdirən BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik etməklə yeni bir yanaşma, konsepsiyası ortaya qoyub. Dövlətimiz sülh gündəliyinə sadiq qalaraq II Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması prisipi ilə beş bənddən ibarət sülh konsepsiyası təklif edib. Buna görədə regional əməkdaşlığın və kommunikasiya xətlərinin açılaması, bunun fonunda Zəngəzur dəhlizinin işə düşməsi heç də hansısa bir dövlətin ərazi bütövlüyünün pozulması və yaxud Azərbaycanın ərazi iddiası ilə bağlı deyil. Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Dövlətimizin bu cür iddiaları yoxdur “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar bunun mahiyyətini yaxşı bilir. Amma prosesdə müəyən irəliləyişlərin olması da mümkündür. Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, sülh sazişinə nail olmaq üçün imkanlar var.

Azərbaycanı Laçın yolunu bağlamaqda ittiham edənlər növbəti dəfə öz cəfəng yanaşmaları ilə fiaskoya uğradılar. Çünki Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub.