YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan bu gün nəinki regionun lider dövlətinə çevrilib, həmçinin, dünyanın lider dövlətləri sırasındadır

«Azərbaycan bu gün nəinki regionun lider dövlətinə çevrilib, həmçinin, dünyanın lider dövlətləri sırasındadır. Hamı artıq Azərbaycanla hesablaşır». Bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, birinci Avropa Oyunlarına evsahiliyi etmək, onun yüksək səviyyədə açılışını və lazım olan bütün təşkilati işləri həyata keçirmək, görmək Azərbaycanın nüfuzunu artırmaqda davam edir. Onun sözlərinə görə, Azərbaycanın bu uğurları dünyadakı müəyyən mərkəzləri ciddi narahat edir.

«Düzdür, son dövrlərdə məlum anti-Azərbaycan mərkəzlərin ölkəmizə qarşı apardıqları kampaniyada müəyyən qədər səngimə hiss olunur və bu da ondan ibarətdir ki, dünya artıq  Azərbaycana onların gözü ilə baxmır, dünya artıq Azərbaycana reallıqla  baxmağa üstünlük verməyə başlayıb. Bu gün onların Azərbaycanla bağlı yaydığı “informasiyalar” sadəcə olaraq ciddiyə alınmır və bunu da həmin mərkəzlər görməkdədirlər”. Azərbaycan dövlətinin müstəqil siyasəti bu gün regionda stabillik mərkəzi , Azərbaycanın öz vətəndaşlarının problemlərini həll etmək üçün uğurlu bir praktika yaradıb və ümumən götürdükdə dünyada gedən proseslərə öz müsbət töhfəsini verən bir ölkə nümunəsi var. Hesab edirəm ki, birinci Avropa Oyunları Azərbaycan gerçəkliyinin sadəcə olaraq səhifələrindən biridir. Amma bu səhifə kifayət qədər möhtəşəmdir»- deyə, A.Mirzəzadə vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv