YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlaqələrə yeni yanaşmanın mahiyyəti

Ceyhun Məmmədov

Milli Məclisi deputatı

1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi.

İlk dəfə olaraq 1994-cü ildə ildə “Əsrin müqaviləsi”nin imzalanması, ölkəmizdəki vəziyyəti dəyişdi.

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə nail olundu. Bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açdıq.

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqınınin kişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaratdı. Bu gün də bu iqtisadiyat uğurla davam etdirilir.

Azərbaycan qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət alıb. Bu kimi məsələlərə görə də Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Neft və qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsini artıq dəyişmişik. Bundan sonra yaşıl enerjini təmin edəcək elektrik xətləri də gündəmdədir.

Prezident İlham Əliyev mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı bir sıra vacib məqamlara toxundu və sərgilərin dövlətlərarası münasi­bət­lərə, iqtisadi və siyasi əlaqələrə yeni yanaşmaların mahiyyətini vurğuladı.

Bakı Enerji Həftəsi enerji sahəsində aparıcı beynəlxalq tədbirdir. Bu tədbir qlobal əhəmiyyətə malikdir.

Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan da sərgilərin böyük əhəmiyyəti vardır.

Ölkəmizin iqtisadiyyatının, neft-qaz potensialının inkişaf etdirilməsi, dünyada tanıdılması, Avropanın təhlükəsizliyində rolunun artırılması baxımından da bu sərginin əhəmiyyəti böyükdür. Artıq bu cür sərgilərin keçirilməsi ölkəmizdə davamlı bir xarakter alıb və  düşünürəm ki, bu cür tədbirləri keçirməklə Azərbaycan bu sahəyə öz tövhəsini vermiş olur. Artıq Azərbaycan dünyada neft-qaz ölkəsi kimi yaxından tanınır və bu baxımdan qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün belə addımların atılması da önəmlidir.