YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Georgi Marqvelaşviliyə bu ölkənin milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Xalqlarımızı dərin tarixi kökləri olan möhkəm dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. Eyni zamanda, qarşılıqlı anlaşma və etimada əsaslanan dövlətlərarası münasibətlərimiz bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün geniş imkanlar açmışdır.

Bu yaxınlarda Tbilisidə keçirdiyimiz görüşümüzü məmnuniyyətlə xatırlayıram. İnanıram ki, Azərbaycan ilə Gürcüstan arasındakı sıx əməkdaşlıq və strateji tərəfdaşlıq bundan sonra da ölkələrimizin çiçəklənməsinə, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.”