YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov, rayon təşkilatının əməkdaşı Anar Şahmuradov, Vətən müharibəsi iştirakçıları Şahin Məmmmədov və Məhərrəm Məmmədov və digərləri 105 illik yubileyini qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu deyiblər. Çıxışlarda Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığı vurğulanıb. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğu, haqq-ədalətin yerini tapdığı xüsusi diqqətə çatdırılıb.