YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güclü ordu, qətiyyətli iradə

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən müasir ordu quruculuğu haqqında geniş məlumat verdi. Vətən müharibəsindən sonra da ordu quruculuğu uğurla həyata keçirilir. Yeni silahların alınması üçün yeni müqavilələr imzalanır və yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi prosesi gedir. Bir sözlə, ordumuzun daha da gücləndirilməsi üçün kompleks tədbirlər görülür.

Komando hərbi hissəsinin açılış mərasimində ölkə başçısı mövcud Azərbaycan-Ermənistan münasibətlərinə də diqqət çəkərək bir sıra ciddi mesajlar səsləndirdi. Ölkə başçısı bildirdi ki, heç kim Azərbaycanın iradəsinə təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm ölkəmizə lazımdır, həm də daha çox Ermənistana lazımdır. Təbii ki, sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır.

Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən bir daha xatırlatdı ki, Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycan ədalətli sülhün tərəfdarıdır və ölkəmizin şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, Azərbaycanın haqlı tələbidir. Xüsusilə nəzərə alsaq ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında bu öhdəliyi öz üzərinə götürüb. Ancaq bu günə qədər bu öhdəlik yerinə yetirilməyib. Azərbaycanın digər şərti odur ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağ bölgəsindən çıxarılmalıdır. Bu da Ermənistanın üzərinə götürdüyü, lakin icra etmədiyi öhdəliklərdən biridir.

Ermənistanda unutmamalıdırlar ki, zaman və beynəlxalq hüquq Azərbaycanın mövqeyini gücləndirir. Bir sözlə, bu gün güc Azərbaycanın tərəfindədir. Son iki il yarım ərzində Azərbaycan bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücünü göstərib. Bu Ermənistana bir siqnal olmalıdır ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.

Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Azad edilmiş torpaqlarda bu gün geniş quruculuq işləri həyata keçirilir. Azərbaycan dövləti keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarır. Azərbaycan artıq Ermənistanla sərhəd boyunca əlverişli mövqelərə sahibdir.

DİGƏR Xəbərlər Arxiv