YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Söz sahibi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik. Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlət başçısı bunun tamamilə yalan olduğunu deyib. “Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür”

Bu fikirləri İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim olunması mərasimində çıxışı zamanı bildirib.

Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir. Bölgədə söz sahibidir. Dünyada qalib ölkə kimi tanınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq, İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasına inanmayanların şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. Son 20 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin reytinqini getdikcə artırdı. Azərbaycan regionda söz sahibinə çevrildi. Azərbaycan bütün sahələrdə öz dinamik inkişafını qoruyur. Azərbaycan beynəlxalq aləmdə və xarici ölkələrlə birlikdə iştirak etdiyi bütün layihələrdə öz yerini qoruyub saxlayıb, və uğurlar əldə edib. Bu isə Azərbaycanın təkcə siyasi iqtisadi sahədə deyil o cümlədən hərbi sahədədə inkişafını gücləndirməsi deməkdir. Bu gün ən güclü hərbi siyasətə malik olan ölkələrdən biridə Azərbaycandır. Siyasi, iqtisadi və bir çox sahədə əlaqələri olan dövlətimiz bütün öhdəliklərini yerinə yetirib və bərabərhüquqlu tərəfdaş kimi tanınıb, etibar qazanıb. Azərbaycan enerji, sənaye, nəqliyyat sahələrində yeni nailiyyətlər əldə edir.

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Artıq 3 ildir ki, Cənubi Qafqaz Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar şəraitində yaşayır və belə şəraitdə bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır. Ermənistan siyasətçiləri inkar edilməsi mümkün olmayan bu reallığı qəbul etmək istəmirlər. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə revanşist qüvvələrə xəbərdarlıq edib ki, “dəmir yumruq” yerindədir və istənilən zaman düşmənin başını əzər. Ermənistan imzalanmış üçtərəfli bəyanatın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə məhkumdur. Bölgədə öz maraqlarını təmin etmək Azərbaycana təzyiq cəhdləri ilə yox, yalnız qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə mümkündür.

DİGƏR Xəbərlər Arxiv