YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Ələkbərov: Ötən 10 il ərzində Azərbaycanın ÜDM-i 3 dəfədən çox artıb və növbəti 10 ildə qarşıya milli iqtisadiyyatın ikiqat artırılması vəzifəsi qoyulub

Azərbaycan vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin tətbiqində maraqlıdır. Bu barədə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən Avropadaxili Vergi İnzibatçılığı Təşkilatının (IOTA) İcraiyyə Şurasının 92-ci iclasında bildirib.

S.Ələkbərov deyib: "Biz bir sıra beynəlxalq təşkilatlarla bu sahədə çoxdan və uğurla çalışırıq. IOTA təcrübə mübadiləsi üçün uğurlu platformadır. Ötən 10 il ərzində Azərbaycanın ÜDM-i 3 dəfədən çox artıb və növbəti 10 ildə qarşıya milli iqtisadiyyatın ikiqat artırılması vəzifəsi qoyulub. Çox güman ki, belə iqtisadi artıma adekvat olan vergi inzibatçılığını təmin etmək üçün qabaqcıl xarici təcrübə lazımdır".

 

DİGƏR Xəbərlər Arxiv