YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Səbinə Xasayeva Xocasən yeni yaşayış məhəlləsində səyyar görüş keçirib. Görüşdə 30-a yaxın şəhid ailəsi və qazi iştirak edib.

Səyyar görüşdə iştirak edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Hacıbaba Babayev dövlətimizin həyata keçirdiyi sosial siyasətdən geniş bəhs edib. Bildirib ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımlar atılır. Prezident İlham Əliyevin “Sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” çağırışı atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu istiqamətdə dövlətimiz tərəfindən sosial islahatlar, tədbirlər həyata keçirilir, layihələr icra olunur. Prezident İlham Əliyevin imzaladığı Fərman və Sərəncamlar ölkə ictimaiyyətində böyük rəğbət hissi yaradır. Bütün bunların nəticəsi olaraq Azərbaycan dünya ölkələrinə nümunə olan sosial siyasət modeli formalaşdırıb.

Hacıbaba Babayev sosial siyasətin əsas tərkib hissəsi olan şəhid ailələrinə, qazilərə diqqətdən danışaraq bildirib ki, bu kateqoriyadan olan insanlara qayğı hər birimizin borcudur.  

Milli Məclisin deputatı Səbinə Xasayeva dövlətimizin düşünülmüş iqtisadi siyasəti nəticəsində qazanılan uğurlardan bəhs edib. Bildirib ki, iqtisadi tərəqqi hər bir ölkənin hərtərəfli inkişafında əsas amildir. Ümummilli Lider Heydər Əliyev bildirmişdir ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Son 20 ilə yaxın dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarından biri iqtisadi islahatların dərinləşdirilməsi, sosial layihələrin uğurlu icrasıdır.

S.Xasayeva qeyd edib ki, ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Azərbaycan dünyada sosial dövlət kimi nüfuz qazanıb. Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıq göstərən şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı davamlıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq onların sosial qayğılarının həll edilməsi üçün bütün aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür.

Görüşdə seçiciləri narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Şəhid ailələri və qazilər dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın onlara diqqət və qayğısından məmnunluqlarını bildiriblər.

Seçiciləri narahat edən məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət ediləcəyi qeyd olunub.

DİGƏR Xəbərlər Arxiv