YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Güzəşt olmayacaq!

Ermənistanın Azərbaycanla cari sülh prosesini pozmağa və vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatları ilə bağlı məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Ölkənin xəbər agentlikləri Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də verdiyi təxribat səciyyəli bəyanatı, son dövrlərdə Ermənistan və erməni diasporunun Azərbaycana qarşı aparılan çirkin təbliğat kampaniyası və sərhəd zonalarında artan silahlı təxribatlar barədə məlumatlar yayıblar.

Məlumatlarda Ermənistan baş nazirinin bəyanatının Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pislənildiyi bildirilməklə, onun sülh prosesinə ciddi zərbə vurduğu qeyd edilib. Bu bəyanatın, eyni zamanda, Ermənistanın baş nazirinin bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Xəbərlərdə, habelə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin dil, mədəni, dini və inzibati hüquqlarını təmin etməyə hazır olduğu, bölgədə qondarma separatçı qurumun buraxılmalı olduğu və Azərbaycanın bu ərazi üzərində suveren hüquqlarını güzəştə getməyəcəyi qeyd edilib. Ermənistan və erməni diasporunun Azərbaycana qarşı ölkəmizin guya Qarabağda “humanitar böhran” yaratmasını iddia edən təbliğat kampaniyasına başlaması, lakin ermənilərin Ağdam yolunu bağlaması və Qızıl Aypara Cəmiyyətinin göndərdiyi ərzaq məhsullarını qəbul etməkdən imtina etməsi bu iddiaların siyasi manipulyasiya xarakterli olduğunu üzə çıxardığı bildirilib.

DİGƏR Xəbərlər Arxiv