YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən ali zirvədir…

2022-ci ilin sentyabr ayının 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Amin Qəfərlinin ildönümü mərasimi keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri İkinci Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra mərasim iştirakçıları şəhid Amin Qəfərlinin ildönümü ilə əlaqədar təşkil edilmiş ehsan süfrəsinə qatılıblar.