YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev zəkasının işığında...

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı tərəfindən “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.    

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər Evinin əməkdaşı Xanım Hümbətova və digərləri çıxış ediblər.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyev siyasi irsinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətindən bəhs edilib, Azərbaycan  təhsilinin inkişafında Ulu Öndərin tarixi xidmətlərinə nəzər salınıb. Vurğulanıb ki, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda yeni elm və təhsil müəssisələri yaradılıb, bu sahələrdə çox mühüm nailiyyətlər əldə olunub. Azərbaycanlı gənclərin respublikamızda və digər ölkələrdə təhsil alması üçün geniş imkanlar açılıb. Dahi rəhbərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.