YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin idman ictimaiyyəti: Təbriklər və təşəkkürlər Azərbaycan!

Türkiyə mediası “Bakı-2015” ilk Avropa Oyunlarını əsl idman bayramı kimi təqdim etməkdədir.

Qardaş ölkənin media qurumları birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmi, yarışların yüksək peşəkarlıqla təşkili, beynəlxalq standartlara uyğunluğu, təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə yerinə yetirilməsi, möhtəşəm açılış və bağlanış mərasimləri və s. məqamlar barədə jurnalist yazılarını və mütəxəssis rəylərini təqdim edir.

Mövzu ətrafında diqqəti çəkən yazılardan biri də Türkiyə Milli Olimpiya Komitəsinin rəsmi saytında yer alan “Təbriklər və təşəkkürlər Azərbaycan!” sərlövhəli yazıdır. Bu dərin məzmunlu mətndə Türkiyənin ilk Avropa Oyunlarının nəticələrinə olan qardaş sevincini, əldə etdiyimiz növbəti möhtəşəm beynəlxalq uğurdan keçirilən iftixar və qürur hissini aydın duymaq mümkündür.