YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birləşmiş Ştatlar kimi təcavüzkardan ədalətli mövqe gözləmək olmaz

Arif Rəhimzadə 
YAP Veteranlar Şurasının sədri

Qeyri-səmimi mövqe nümayiş etdirən Amerika Birləşmiş Ştatları niyyətinin əsl mahiyyətini bir daha nümayiş etdirdi. ABŞ rəsmiləri hər zaman demokratiya haqqında çox dəyərli və təqdirəlayiq fikirlər səsləndirir, lakin sözdə ifadəsin tapan prinsiplər realda başqa mənzərə yaradır. Sözü əməli ilə üst–üstə düşməyən ABŞ ənənəsinə sadiq qalaraq yenə də ikili oyun oynayır.

ABŞ-nin yürütdüyü siyasətin təməlində yalnız öz maraqları dayanır. Hər zaman bəyan etdikləri ədalətli yanaşma, insan hüquqları və bərabərlik prinsipi yalnız öz mənafeləri naminə işə düşür. Ədalət pərdəsi altında ədalətsizliyə yol açan ikiüzlü siyasətin təməlində isə hegomonluq iddiası dayanır. Ayrı-ayrı ölkələrdə baş verən hadisələrə, münaqişələrə selektiv yanaşması və ABŞ Konqresinin, eləcə də ABŞ Dövlət Departamentinin anti-Azərbaycan kampaniyası qeyd etdiklərimi bir daha təsdiqləyir. 

1992-ci ildə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına, bu ölkənin işğala məruz qalmasına, Qarabağda separatçı qurumun fəaliyyət göstərməsi faktının bir çox dairələrdə təsdiq olunmasına baxmayaraq, erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "907-ci düzəliş" qəbul edilmişdir. 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa çağırmayan, yüz minlərlə azərbaycanlının öz dədə-baba yurdlarından qovulmasına göz yuman ABŞ-nin ikiüzlü, riyakar siyasəti bu gün də davam edir. 

ABŞ demokratiya, insan hüquqları kimi məsələlərdən yalnız öz siyasətini gerçəkləşdirmək, dünyanı idarə etmək üçün istifadə edir, bir çox ölkələrdə isə demokratiya pərdəsi altında fəlakət, səfalət toxumu səpir. Görünən odur ki, ABŞ beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız yanaşır, faktiki olaraq dünyada sülhün və ədalətin bərqərar olması siyasətinə qarşı çıxır.

Həyata keçirdikləri təcavüzkar siyasət nəticəsində Liviyanı, İraqı və digər bölgələri məhv edən ölkədən ədalətli mövqe gözləmək olmaz.