YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: Bu gün Azərbaycan dünyaya yeni simada təqdim olunur

«Bugünkü müstəqil Azərbaycan 1918-ci ildə elan olunmuş Xalq Cümhuriyyətinin varisidir. Qeyd edim ki, ötən əsrin sonlarında müstəqillyimiz bərpa olunsa da zaman o sınağı ilə Azərbaycandan əl çəkmədi. 1990-cı illərin hadisələri gözümüzün önündə baş verən, ruhumuzdan keçən proseslərdir». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, 1993-cü ildə  Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtmaqla Azərbaycanın bölünməsinin qarşısını aldı, vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Onun sözlərinə görə, nəticədə Azərbaycan 23 ay yaşayan o dövlətinin taleyini yox, 23 ildir ki, müstəqil yaşayır.

«Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir, ölkəmiz dünyaya yeni simada təqdim olunur. Müstəqil Azərbaycanımız Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, ölkəmizin razılığı olmadan regionda heç bir beynəlxalq layihə reallaşa bilməz. 23 illik müstəqilliyimiz dövründə Azərbaycan BMT Təhlükəsizlik Şurasına  üzv oldu ki, dünyada söz sahibi olan dövlətlər sırasına qoşuldu. Bu gün Azərbaycanın üçrəngli bayrağı BMT-də, Avropa Şurasında, ATƏT-də və digər mötəbər beynəlxalq qurumların önündə ucalır. Bu bayram ərəfində arzu edirəm ki, dövlətimiz daha da güclənsin və bayrağımız əbədi dalğalansın»- deyə, F.İbrahimli qeyd edib.

DİGƏR Xəbərlər Arxiv