YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyinin üzvü Çində keçirilmiş tədbirdə iştirak edib

Şanxay Əməkdaşlıq Təşkilatının “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq” üzrə Çin Komitəsinin dəvəti əsasında 17-23 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Nərmin Qocaman ÇXR-nin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünün 10-cu ildönümü münasibətilə Sian şəhərində keçirilən Avrasiya İqtisadi Forumunun açılış mərasimində iştirak edib.

Səfər çərçivəsində Avrasiya Gənclər Forumunda çıxış edən Nərmin Qocaman Azərbaycan ilə Çin arasında siyasi dialoqun, iqtisadi, nəqliyyat, logistika, infrastruktur, investisiya, energetika və digər sahələrdə uğurlu əməkdaşlığın genişləndiyini, Çin şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində fəal iştirak etdiyini, Azərbaycanın “Bir kəmər, bir yol” layihəsini dəstəkləyən ilk ölkələrdən biri olduğunu və ölkəmizin təşəbbüskarı olduğu Zəngəzur dəhlizinin sözügedən layihənin vacib tərkib hissəsi ola biləcəyini qeyd edib.

Forum çərçivəsində tədbir iştirakçılarının Sian şəhərindəki mədəniyyət mərkəzlərinə, Pekindəki Şouqanq Sənaye Parkına, Qış Olimpiya Oyunlarının keçirildiyi məkana, İpək yolunun sənaye internetinin təşviqi mərkəzinə, Yasaq şəhərə və Böyük Çin Səddinə ekskursiyası təşkil olunub.