YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Goranboy rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

Oktyabrın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının yeni təyin olunmuş sədri Samir Qocayev ictimaiyyətə təqdim edilib.

Goranboyda keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Azərbaycan xalqının böyük inam və etimadını qazanaraq ümumxalq və qələbələr partiyasına çevrilən Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçib, tarixi uğurlara imza atıb.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Ramil Mirzəyev partiyanın VII qurultayından ötən dövr ərzində həyata keçirilən işlərin əhəmiyyətindən bəhs edib.

Sonra partiyanın Goranboy rayon təşkilatının sədri Samir Qocayev ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev çıxış edərək təşəkkürünü bildirib, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını vurğulayıb.

Partiya fəalları və ictimaiyyət nümayəndələrinin çıxışlarında isə vurğulanıb ki, müstəqillik dövrünün ən möhtəşəm hadisələri və tarixi nailiyyətləri müasir müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Onun layiqli davamçısı olan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Qeyd edilib ki, tarixi uğurlarımızda Yeni Azərbaycan Partiyasının xüsusi imzası var.