YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf mərhələsinin əsası

Sədaqət Vəliyeva

Milli Məclisin deputatı

1990-cı ilin əvvəllərində ölkəmizdə bütün sahələrdə dərin böhran, xaos, nizamsızlıq hökm sürür, AXC-Müsavat iqtidarının səriştəsizliyi səbəbindən dövlət idarəçiliyində hərc-mərclik tüğyan edirdi. Artıq vəziyyət o qədər ağır idi ki, Azərbaycan, vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi kimi təhlükələrlə üz-üzə qalmışdı. Xalqımız mövcud ağır və dözülməz vəziyyətdən çıxış yolunu axtarırdı. Əlbətdə  müdrik Azərbaycan xalqı belə bir ağır vəziyyətdən yeganə çıxış yolunu və ümid çırağını Ümumilli Liderimiz Heydər Əliyevin simasında görürdü. Həmçinin  xalqımızı ağır bəlalar və təhlükələrlə üz-üzə qoyan və bu təhlükəli proseslərin qarşısını ala bilməyəcəklərini dərk edən AXC-Müsavat cütlüyü də sonda Ulu Öndər Heydər Əliyevdən imdad istədi.

1992-ci ilin oktyabr ayında Azərbaycanın “91-lər” adlanan ziyalıları Xalqımızın dühası Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciət etdilər. Öz qətiyyəti, cəsarəti və müdrikliyi ilə ən çətin dövrlərdə Azərbaycan xalqının yanında olmuş Ulu Öndər Heydər Əliyev, hər zaman olduğu kimi xilaskarlıq missiyasını öz üzərinə götürərək, 1993-cü il iyunun 9-da xalqın və respublikanın hakim dairələrinin təkidli qayıdış dəvətini qəbul edib, Bakıya gəldi. Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və bununlada Azərbaycan tarixində yeni səhifə və sürətli inkişaf mərhələsinin əsası qoyuldu. Böyük və  mühüm tarixi hadisəyə çevrilmiş 1993-cü il 3 oktyabr günü qurtuluşa gedən yolumuzun ilk pilləsi oldu.

Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasət nəticəsində qısa müddət ərzində ölkəmiz üzərindən qara buludlar çəkildi, böhran, hərc-mərclik aradan qalxdı, özbaşınalığa son qoyuldu, ölkəmizdə hər bir sahədə sabitlik, inkişaf və tərəqqi dövrü başladı.

Hər zaman andına və xalqına sadiq olan, Vətənə sədaqətli xidmətin əyani nümunəsini yaradan Heydər Əliyev dühası tariximizin ən çətin anlarında xilaskarlıq missiyasını öz üzərinə götürmüş, xalqımızın ümid çırağına çevrilmişdir. Ulu Öndər Heydər Əliyev hər bir tarixi şəraiti düzgün dəyərləndirərək nəticə çıxarmış, Azərbaycanın taleyi üçün uğurlu qərarlar qəbul etmişdir. 

Böyük idarəetmə ustadı və dünyaca məşhur kamil siyasi bilicisi olan Ulu Öndərimiz Heydər Əliyev faəliyyəti, qlobal düşüncəsi, geniş dünyagörüşü ilə “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” və s. kimi yüksək adlar qazanmışdır.

Heydər Əliyev irsi ölkəmizin davamlı inkişafın təminatıdır. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlar, inkşaf və tərəqqi, dünya miqyasında qazandığı yüksək nüfüz və güc Heydər Əliyev siyasətinin nəticəsidir.

Dahi Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur.  Ümumilli Liderimiz Heydər Əliyevin ölməz ideyaları hər zaman Prezident İlham Əliyev tərəfindən uğurla və layiqli şəkildə davam etdirilmişdir.

“Biz gələcəyə nikbinliklə baxırıq. Mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Bizim bu gün gördüyümüz işlər və həyata keçirdiyimiz tədbirlər Azərbaycanın ardıcıl inkişafını təmin edəcəkdir” - Xalqımızın böyük oğlu Heydər Əliyevin bu fikirlərini bu gün Prezident İlham Əliyev öz müdrik siyasəti ilə reallaşmaqdadır.