YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün əsası qoyulur

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  
Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasətində qonşularla qarşılıqlı maraqların təmin edilməsi, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipləri əsasında yaxşı münasibətlərin qurulması xətti əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Məhz bu gün Azərbaycanın  təşəbbüsü ilə Cənubi Qafqazda etibarlı sülhün  əsası qoyulur. Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 8-də Tbilisiyə işgüzar səfəri zamanı Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə birgə verdiyi bəyanatlar dediklərimizi bir daha təsdiq edir.

Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bu gün Azərbaycan və Gürcüstan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır.
Hələ 9 mart 1996-cı ildə ümummilli lider Heydər Əliyev Gürcüstan parlamentində söylədiyi nitqində deyib: "Gürcüstan ilə Azərbaycan arasında, gürcü xalqları ilə Azərbaycan xalqları arasında dostluq, qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Biz əsrlər boyu dost, qardaş xalqlar kimi həm xoşbəxt günləri, həm də kədərli günləri, faciəli günləri bir yerdə keçirmişik. Xalqlarımız milli azadlıq uğrunda, öz torpaqlarının müdafiəsi uğrunda, müstəqillik uğrunda yadelli qəsbkarlara qarşı əsrlər boyu bir yerdə mübarizə aparıb, döyüşüb, vuruşublar və öz milli mənliyini, öz milli qürurunu daim qoruyublar”.

Beynəlxalq təcrübədən də məlumdur ki, dövlətlərarası əlaqələrin inkişafı üçün zəruri şərtlərdən biri də, bu əlaqələrin etibarlı normativ-hüquqi bazaya söykənməsidir. Hüquqi baza olmadığı təqdirdə, münasibətlərin inkişafında durğunluq yaranır və nəticədə ayrı-ayrı sahələrdə tərəflərin üzərinə düşə bilən öhdəliklər qeyri-müəyyən olur. Buna görə də, iki ölkənin rəsmi dairələri, siyasi, iqtisadi mədəni əlaqələrin inkiaşfını ifadə edən saziş, müqavilə, protokol, memorandum və sairə kimi diplomatik sənədlərin hazırlanması və imzalanmasına münasibətlərin inkişafinın mühüm bir elementi kimi yanaşır və həm də bağlanmış sənədlərin icrası üzərində güclü dövlət nəzarəti mexanizminin işlənməsini zəruri sayırlar. Bəli, Gürcüstanla dostluğumuz, qardaşlığımız böyük sınaqlardan keçib. Ötən dövrlərdə əlaqələrimiz daim sıx olub və biz bir-birimizə dayaq olmuşuq. Bu dostluq özünü 44 günlük Vətən müharibəsində bir daha sübut etdi. Azərbaycan müharibə dövründə Ermənistana silah-sursat daşınmaması üçün xarici dövlətlərə öz quru və hava məkanlarını bağlamaq çağırışları edirdi və Gürcüstan bu çağırışlara müsbət cavab verən ölkələrdən oldu.

Ümumiyyətlə hakimiyyətə gəldiyi ilk gündən tam müstəqil siyasət yürüdərək həyata keçirdiyi uğurlu diplomatiya ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən cənab İlham Əliyev bu gün regionun yeni reallıqlarını müəyyənləşdirir. Son 20 ildə milli maraqlara cavab verən siyasət həyata keçirməklə ölkəmizin beynəlxalq nüfuzunu gündən-günə yüksəldən cənab İlham Əliyevin  inkişaf strategiyası Azərbaycana həm də mühüm tərəfdaşlar qazandırmaqdadır. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək.