YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təkcə Cənubi Qafqaz deyil, bütövlükdə Avrasiyada...

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz arasında indiyədək 125-dən çox sənəd imzalanıb.

Cənubi Qafqaz regionunin inkişafı üçün əsas amil sülhün olmasıdır. 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoydu. Regionda sülhün bərqərar olmasına şərait yarandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 oktyabr tarixində Tbilisidə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatdığı bildirildi.

Ölkə başçısı Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinidən daşıyarkən qeyd etdi ki, bu gün Gürcüstan və Azərbaycan tərəfindən birgə və digər qonşu ölkələrlə birlikdə icra edilən layihələr təkcə Cənubi Qafqaz regionu üçün deyil, Avrasiya qitəsi üçün böyük məna daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatında bildirdi ki, “energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən yaşıl enerji dəhlizi layihəsidir. Burada da biz, Gürcüstan və Azərbaycan - iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik. Yaşıl enerji dəhlizi, enerji kabeli inşa edilərək həm bizim, həm də tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək”.

Ölkə başçısının bu səfəri də Azərbaycan-Gürcüstan mövcud əlaqələrinin genişlənməsinə və inkişafına tövhə verəcək. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Həmçinin ölkəmizin Gürcüstanla həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.

Azərbaycan öz iqtisadi və təbii resurslarının potensialı hesabına bir sıra beynəlxalq və regional layihələr həyata keçirməklə təkcə özünün deyil, regionun iqtisadi inkişafına öz töhvələrini vermişdir.