YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müzəffər Ali Baş Komandan müstəqillik tariximizin ən parlaq səhifəsini yazdı

“Çoxəsrlik tariximizə Böyük yolun davamı kimi yazılan son 20 ildə Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə böyük qürur hissi keçiririk.  Möhkəm təməl davamlı uğurların əsasıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, bunların fonunda yaranan müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi, hazırkı inkişafın əsasını qoydu. 1993-2003-cü illər tariximizin dirçəliş, inkişaf dövrü kimi xarakterizə edilir. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən 2003-cü il 1 oktyabr tarixində xalqa müraciəti xüsusi qeyd edilir. Bu tarixi müraciət Azərbaycanıın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Ulu Öndər həmin  müraciətində yaratdığı möhkəm təməl üzərində Azərbaycanı zirvələrə yüksəldəcək dəqiq ünvanı  göstərdi. Qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, siyasi varisi, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı.  Ulu Öndər Heydər Əliyev onun yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyət olduğunu önə çəkərək belə bir əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək, Ümummilli Lider Öna özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini bildirmişdir.” Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirdi: “Ona olan ümidləri, etimadı atdığı addımları ilə doğruldan Prezident İlham Əliyev 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qələbəsini təmin etdi. Xalqımız 2003-cü ildə etdiyi seçimindən qürur hissi keçirərək gələcəyə doğru inamla addımladı. Əsas hədəf işğal altında olan torpaqlarımızın azad edilməsi, bu ərazilərimizdə qalibiyyət rəmzi olan Azərbaycan Bayrağının ucaldılması idi.”

Nurlan Həsənov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf modelini daha da təkmilləşdirir, yeniləşdirir, hər sahədə təcrübəsi nümunə göstərilir: “Ölkəmizin iştirakı olmadan regionda hansısa  iqtisadi, siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü, iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətində olması dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimiz hər bir sahədə davamlı uğurları şərtləndirir. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşır. Keçirilən beynəlxalq əhəmiyətli tədbirlərdə Azərbaycanla bağlı səslənən fikirlər bir xalqın dövlətçilik tarixinə baxış olmaqla yanaşı, qazanılan uğurların bir əsrə bərabər hesabatı kimi dəyərləndirilir. Beynəlxalq qurumların hesabatlarında Azərbaycan xalqı xoşbəxt xalqlar sırasında yer tutur. Təbii ki, ölkəsinin, xalqının gələcəyini düşünən, imzasını imzalar sırasında  görmək istəyən Lider daim zəfərlərə imza atacaq. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Ümumilli Lider Heydər Əliyevin qarşısında bu vədi vermişdir ki, Onun əsəri olan müasir Azərbaycanı gücləndirəcək, zənginləşdirəcək, hərtərəfli inkişaf etdirəcək, bu yolu uğurla davam etdirərək qələbələrə doğru gedəcək.”

Millət vəkili cənab İlham Əliyevin 20 illik Prezidentlik dövrünün iki mühüm mərhələni özündə ehtiva etdiyini diqqətə çatdırıb: “Dövlətimizin başçısı daim çıxışlarında bu çağırışı edir ki, biz daim irəli baxmalı, zamanı qabaqlamalıyıq. Gələcək haqqında düşünməliyik. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

2003-2020-ci illər bir hazırlıq dövrü idi. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. Müstəqillik tariximizin ən parlaq səhifəsi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ermənilərin illərdir yaratdıqları mifləri dağıtdı və dünyaya sübut etdi ki, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır, ən güclü ordu Azərbaycan Silahlı Qüvvələridir. Cənab İlham Əliyev qalib Lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.”

Millət vəkili son üç ili işğaldan azad edilmiş ərazilərimizin bərpası dövrü kimi xarakterizə edib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri tarixi hadisə olmaqla Böyük Qayıdış Proqramının uğurlu icrasını daha da sürətləndirir. Bərpa-quruculuq işləri ilə paralel olaraq soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışı təmin edilir. Xalqımız hər zaman bu qüruru, sevinci bizə yaşadan dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığını bildirir. Bu inam da ifadə edilir ki, Prezident İlham Əliyev bundan sonra da yeni-yeni hədəfləri reallığa çevirməklə Qarabağlı və Şərqi Zəngəzurlu  Azərbaycanı daha da qüdrətləndirəcək, gücləndirəcək.”