YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mükəmməl diplomatiyanın uğuru

Emin Bağırov

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru

Müstəqil Azərbaycan Respublikasının qurucu lideri Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətləri tarix üçün uzun müddət öyrəniləcək. Ulu Öndərin 1993-cü ildə Azərbaycan varlığını sözün bütün mənalarında yox olmaqdan qurtarması dünya dövlətçilik tarixində müqayisə olunmayacaq bir hadisədir. Daha sonra dövlətin əsas sütunlarının qurulması ilə xilaskarlıq missiyasını aparan Ulu Öndərin fitri liderlik istedadı özündən sonrakı dönəm üçün də Azərbaycanı düşünməsi və başladığı prosesin daha yüksək şəkildə davam etdirilməsi üçün xalqa istiqamət verməsi idi. 2003-cü il prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürərək xalqa müraciət edən dahi rəhbər “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”-deyərək əslində, gələcəy üçün fövqəladə uzaqgörənliklə verilən praqnoz idi. Azərbaycan xalqı 20 il öncə 15 oktyabrda ölkəmizdə Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirərək inkişafın, quruculuğun, sülhün, əmin-amanlığın, tərəqqinin və sabitliyin tərəfində olduğunu göstərdi. Bu gün dövlət və xalq olaraq 20 il əvvəl etdiyimiz seçimin tarixi qürurunu yaşayırıq. Ötən 20 ildə Azərbaycanın bütün sahələr üzrə inkişafı dövlət başçısının yorulmaz fəaliyyətinin və mükəmməl idarəçiliyinin təzahürüdür. Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə həyata keçirdiyi daxili və xarici siyasət strategiyasında Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin sürətli inkişafı, pozulmuş ərazi bütövlüyümüzün bərpası hər zaman əsas yeri tutub. Bugünkü qüdrətli Azərbaycanla, həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə hesablaşılır və ölkəmizin maraqları nəzərə alınır. Prezident Azərbaycan dövlətini təkcə inkişaf etdirmədi, həm də xalqımız və dövlətimiz üçün yeni şanlı tarix yazdı. Dövlət başçısı olaraq İlham Əliyevin fəaliyyətinin əsas istiqamətləri ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada mövqeyinin möhkəmləndirilməsi olub. Bu istiqamətdə görülən işlər möcüzəvi uğur sayıla bilər. Belə ki, dünyanın iqtisadi böhranla üzləşdiyi bir zamanda President İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı” proqramları, qeyri-neft sektorunun inkişafı, vətəndaşların social rifah halının yaxşılaşdırılması ötən 20 ilin uğurları sırasındadır. “Dövlət siyasətinin mərkəzində insan amili dayanır”, – deyən Prezident İlham Əliyevin amalı qurub-yaratmaq, xalqımızı daha firavan həyata qovuşdurmaqdır. Hər bir azərbaycanlının Prezidenti olmaq, xalqa xidmət etmək dövlətimizin başçısının həyat fəlsəfəsidir. Daim sadə insanların yanında olan, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşən cənab Prezident ad günlərində şəhid ailələri, məcburi köçkünlərlə görüşür, sosial obyektlərin açılışında iştirak edir. Bütün bu prosesin ümumiləşdirilmiş forması olaraq dünyada qəbul edilən “İnkişafın Azərbaycan modeli”nin müəllifi də birmənalı şəkildə dövlət başçısıdır. Bu proseslə yanaşı aparılan xarici siyasətdə əldə edilən uğurun nəticəsi olaraq bu gün Azərbaycan regionun lider dövləti olaraq dayanıqlı geopolitik mövqeyə malikdir və beynəlxalq siyasi proseslərdə söz sahibidir. Azərbaycan həm iqtisadi potensialı, həm də coğrafi mövqeyi ilə xarici iqtisadi əlaqələrini dövlətin beynəlxalq nüfuzunun yüksəldilməsinə yönəldib ki, bu da heç şübhəsiz Prezident İlham Əliyevin mükəmməl diplomatiyasının uğurudur. Ötən 20 ilin ən böyük uğuru isə tarixdə əbədi qalacaq İkinci Qarabağ müharibəsində qazandığımız böyük qələbə ilə tarixi missiyamızı şərəflə yerinə yetirməmizdir. Hər günü bir tarix olan 44 günlük müharibə zamanı böyük strateq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz düşməni torpaqlarımızdan qovdu və tarixi ədaləti, beynəlxalq hüququ təmin etmiş oldu. Xalqımız milli ləyaqətini bərpa etdi, alnımızdan “məğlub xalq” damğası götürüldü. Gələcək nəsillərimiz hər zaman qəhrəman xalqın varisləri olmaları ilə qürur duyacaqlar. Şübhəsiz ki, xalqımız 30 ildən artıq işğal altında qalan torpaqlarımızı müdrik liderin yenilməz komandanlığı altında qazandı. Nüfuzlu siyasi lider, mahir diplomat, təcrübəli və praqmatik siyasətçi olan Prezident İlham Əliyev tərəfindən qəbul olunan bütün qərarların fövqündə Azərbaycanın milli maraqları dayanıb. Bu qərarların davamı olaraq Vətən müharibəsində möhtəşəm Zəfər qazanıldı, lokal xarakterli antiterror tədbirləri nəticələndə ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Şübhəsiz ki, bu qələbinin memarı, xalqımızın canlı əfsanəsinə çevrilmiş, sevgi ünvanımız Prezident İlham Əliyevdir! Bu gün xalq olaraq Ulu Öndərin qurduğu dövləti qələbə və inkişafa aparan liderə sahib olmaq xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyev Ümummilli Liderin və xalqın ona olan etimadını tarixi zəfərlə doğrultdu!