YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər ən yüksək mərhələdədir

“Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi, 28 noyabr 2022-ci il tarixli Sərəncamı ilə 18 müddəadan ibarət Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər planını təsdiqləməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha geniş təhlilinə, fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə yeni elmi araşdırmaların aparılmasına və nəşrinə imkanlar yaradacaq. Dahi şəxsiyyət bütün ömrünü Azərbaycanın bu gününə və gələcəyinə həsr etmişdi: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam.” Ümummilli Lider bu fikirlərinin davamı olaraq bildirmişdir ki, mənim üçün hər şeydən əziz mənim xalqımdır, Vətənimdir, torpağımdır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Ümummilli lider Heydər Əliyevin parlaq şəxsiyyəti və müdrik dövlətçilik siyasəti, məharətli idarəetmə təcrübəsi, zəngin siyasi irsi və gələcək nəsillərə ötürdüyü siyasətin varisliyi ənənəsi təkcə bizim ölkəmizdə deyil, yaxın və uzaq xarici ölkələrdə də politoloji tədqiqatlar üçün aktual mövzulardandır.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, Ümummilli Lider xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri tamamilə yeni müstəvidə inkişaf etmişdir. Milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” tezislərinə əsaslanaraq sürətlə inkişaf etmişdir.

Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir. Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi səfəri, iki qeyri rəsmi səfəri, on beş işgüzar səfər etməsi ümumilli liderin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi əhəmiyyətin və iki qardaş ölkə arasındakı strateji birliyin çox fərqli olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin “Dövlət Nişanı”, 1999-cu ildə isə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən “İlin adamı” seçilməsi, bu ölkənin bir çox universitetləriinin Fəxri doktoru seçilməsi Azərbaycan – Türkiyə münasibətlərinin inkişafaındakı xidmətlərinin göstəricisidir.

Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Ulu Öndər bildirmişdi: “Biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır.”

Deputat qeyd edib ki, müasir dövrdə Azərbaycanın etibarlı, hərbi, siyasi və iqtisadi strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Azərbaycanın ümummilli liderinin türk dünyasının qarşılıqlı əlaqələrinin yüksəlişi strategiyası bu gün də uğurla davam etdirilməkdədir. Bu gün Türkiyə ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq və strateji tərəfdaşlıq dövlətlərarası münasibətlərin inkişafında dostluq-qardaşlığa söykənir və uğurla davam etdirilir. Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bu isə Prezident İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən siyasətinin birbaşa nəticəsidir. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev türk xalqları arasında əlaqələrin genişlənməsinə, ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın artırılmasına xüsusi əhəmiyyət verir.

K.Bayramov əlavə edib ki, “Azərbaycanın xoşbəxt gələcəyi vardır” söyləyən ümümmilli lider Heydər Əliyevin bu arzusu Onun siyasi və iqtisadi kursunu uğurla və inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilməkdədir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı şanlı Qələbə tariximizə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır.