YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı- 20 il

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Qazax Rayon İcra Hakimiyyəti ilə birgə Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar “Azərbaycan tarixinin ən şanlı səhifələrinin yazıldığı – 20 il” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirtakçıları YAP Qazax rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Dövlət Himninin səsləndirililməsindən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bidirib ki, 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş Prezident seçkilərində müdrik xalqımız doğru - düzgün seçim edərək Heydər Əliyev siyasi kursuna, haqqa - ədalətə, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyinə, ən layiqli namizədə - cənab İlham Əliyevə səs verdi: Bu siyasi kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin - amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Ötən 20 il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik keyfiyyətləri sayəsində ölkəmiz böyük tarixi qələbələr, uğurlar, nailiyyətlər qazandı.”

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi Zəfərindən və onun yaratdığı reallıqlardan geniş danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında 20 il ərzində qazanılan bütün uğurlar böyük səylərin, qətiyyətin, ən əsası möhkəm təmələ əsaslanan və gələcəyə hesablanmış siyasətin nəticəsində mümkün olmuşdur: “15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyəti cənab İlham Əliyevi dəstəkləməklə Heydər Əliyev siyasətinin davamına səs verdi və bununla da öz xoşbəxt gələcəyini təmin etmiş oldu. Bu gün hər bir azərbaycanlı dövlət başçısı cənab İlham Əliyevin ona olan inamı, etimadı doğrultduğunu böyük qürur hissi ilə qeyd edir və Prezidentimizin ətrafında bir yumruq kimi birləşərək yeni - yeni möhtəşəm uğurlara doğru inamla addımlayır. Bu gün müasir Azərbaycan məhz, Ulu Öndər Heydər Əliyevin görmək istədiyi işğalsız, suveren, qüdrətli  Azərbaycandır.”

Tədbirdə BDU Qazax filialının müəllimi Türkan Carçıyeva, YAP Qazax rayon təşkilatının məsləhətçisi Polad Ağakişiyev, Qazax rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, ərazi partiya təşkilatının sədr müavini Şəhadət Abbasov çıxış edərək Prezident İlham Əliyevin 20 il ərzində çoxşaxəli fəaliyyətindən, onun rəhbərliyi altında əldə olunan nailiyyətlərdən, qazanılan uğurlardan, möhtəşəm qələbələrdən ətraflı danışdılar.

Tədbirdə AYB-nin üzvü, şair Rüfət Axundlu, partiya fəalı şair Kazım Kazımlı Prezidentimizə həsr etdikləri şeirlərini söyləyiblər. Qazax rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri müxtəlif ədəbi - bədii kompozisiyalarla çıxış ediblər.

Tədbirin sonunda rayonun ictimai - siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupu YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif olunublar.

YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib.