YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurların zirvəsində...

               YAP Astara rayon təşkilatı bu mövzuda tədbir keçirib

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə cənab İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə “Daha böyük zəfərlərə doğru İLHAMLA irəli Azərbaycan!” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon tşşkilatının sədri Həbib Cəfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan bəhs edib: “Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev hər zaman bu çağırışı edir ki, biz əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Prezidentin bu çağırışı Azərbaycanın yeniliyə, təkmilləşməyə nə qədər böyük önəm verdiyini açıqlayır. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. İnnovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. Son 20 ilin uğurlarının hər biri cənab İlham Əliyevin sözü ilə əməli arasında vəhdətin təqdimatıdır. Dövlət başçısı ilk gündən bildirdi ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.”

Həbib Cəfərov 20 ilin uğurlarının zirvəsində dayanan, müstəqillik tariximizin ən parlaq səhifəsi kimi dəyərləndirilən tarixi Zəfərimizdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev qalib Lider kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı. Artıq böyük qürir hissi ilə Qarabağ münaqişəsinin tarixə qovuşmasınıdan, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən, yeni Prioritetlərdən danışırıq. Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə bir daha sübut etdi ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Ümumilikdə şanlı Zəfərimiz Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində sabahımızın hədəflərinə işıq salır. Böyük inamla qeyd edirik ki, Heydər Əliyev yolu daim Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.

Tədbirdə digər çıxış edənlər “Heydər Əliyev İli” çərçivəsində cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyinin qeyd olunmasının qürurverici hadisə olduğunu bildiriblər. Hər bir ölkənin inkişafında lider amili əsasdır. Azərbaycan xalqının xoşbəxtliyidir ki, Heydər Əliyev kimi Ümummilli Lideri, cənab İlham Əliyev kimi qalib Prezidenti var.

Tədbir bədii hissə ilə davam edib.