YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əsrə bərabər 20 il”

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsrə bərabər 20 il”  mövzusunda tədbir  keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla anılıb.

Pirallahı Gənclər Mərkəzində baş tutan tədbirdə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Əsrə bərabər 20 il” adlı videoçarx nümayiş olunub.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Aydın Hüseynov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin Azərbaycanın bu günü və sabahı naminə həyata keçirdiyi mühüm işlərdən danışılıb. Qeyd olunub ki, Azərbaycan Prezidentinin siyasətinin əsasında ölkə vətəndaşı, insan amili dayanır. Son 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.  Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ərazi bütövlüyünü təmin edib. İşğaldan azad olunmuş şəhər və rayonlarımız dövlət başçısının rəhbərliyi ilə yenidən qurulur, dirçəldilir.

Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərman təqdim olunub.

Daha sonra tədbir iştirakçıları ağacəkmə aksiyasında iştirak ediblər.

“Nərəkənd balıqyetişdirmə kompleksi”nin yaxınlığındakı ərazidə 100 ədəd ağac və gül kolları əkilib.