YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə rayon Şəhidlər xiyabanında ağacəkmə kampaniyası həyata keçirib.

Ağacəkmə aksiyasında YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov, Vətən müharibəsi iştirakçıları və partiya fəalları iştirak ediblər.

Aksiya çərçivəsində 200-dən çox şam ağacı əkilib, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.