YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, qüdrətlənir və dünyanın aparıcı dövlətləri sırasında nüfuzlu yer tutur. Ümummilli Liderimizin siyasi kursuna daim sədaqətli olan gəncəlilər ölkə Prezidntinin, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.

Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibəti ilə YAP Gəncə şəhər təşkilatının partiya fəalları ağacəkmə aksiyası keçiriblər. Bu tarixi hadisə ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında təşkilatın partiya fəalları və gənclər iştirak ediblər.

YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində Nizami Məqbərəsi ətrafında 20 ədəd Gəncənin simvolu olan çinar, El ağacı əkilib.

Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.