YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda iməclik və fləşmob keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə rayon Həzi Aslanov parkında iməclik və fləşmob həyata keçirib.

Tədbirdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, təşkilatın nümayəndələri, gənc fəallar iştirak ediblər.

İməclik zamanı sözügedən ərazilərdəki qurumuş otlar biçilib, ağacların dibləri bellənərək, suvarılıb. Bundan başqa ərazi xəzəllərdən, kağız, sellofan torba və plastik butulka kimi məişət tullantılarından təmizlənib.

Fləşmob zamanı Dövlət Bayrağının rənglərini əks etdirən xüsusi geyimlərdə olan 200 gənc Azərbaycan bayrağını simvolunu canlandırıblar.