YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda “Tarix yazan Lider” mövzusunda gənclərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Tarix yazan Lider” mövzusunda gənclərlə görüş keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Prezident İlham Əliyevin 20 illik uğurlu fəaliyyətinə həsr olunmuş videoçarx nümayib etdirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Alahverdiyev və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli maraqlara əsaslanan, praqmatik xarici siyasət konsepsiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə əhəmiyyətli işlər görülür, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Çıxışlarda ərazi bütövlüyümüzün bərpa olunmasının da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinin şah əsəri olduğu xüsusi vurğulanıb.

Diskussiya şəraitində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbir bədii hissə ilə yekunlaşıb.