YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyi münasibətilə “Sözümüz imzamızdır!” adlı tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövründən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev Prezident İlham Əliyevin 20 illik prezidentlik fəaliyyəti dövrü haqqında geniş məlumat verib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasətinin davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan yüksəlişə və dinamik inkişafa nail olub. Azərbaycan Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasət nəticəsində dünyada sayılıb-seçilən dövlətlərdən birinə çevrilib. Bu gün dövlətimiz güclü, xalqımız qalibdir.

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, iqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Daha sonra partiya veteranı Oqtay Kərimov, Vətən müharibəsi qazisi Yusif Abdullayev, ərazi partiya təşkilatının sədrləri Şəfəq Balaşova və Elşad Əhmədov çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar təqdim edilib.

Tədbirə bədii hissə ilə yekun vurulub.