YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiyasının ən parlaq məqamlarından

Şabran rayonunda “Möhtəşəm 20 il” mövzusunda tədbir keçirilib

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezidentlik dövrünün 20 illiyinə həsr olunmuş “Möhtəşəm 20 il” adlı tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Ərazi Partiya Təşkilatı sədrləri və partiya fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov bildirib ki, 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən dövlətimizin başçısı İlham Əliyev son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir: “Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürurla qeyd etdiyi bu fikir Azərbaycanın zəngin müstəqillik tarixinin uğurlarının təqdimatıdır- Ulu Öndər  Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar. Bütün sahələrdə Ümummilli Liderin siyasi kursunu son  20 ildə uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çoxəsrlik tariximizin Zəfər səhifəsini yazdı. Bu günlərdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun tam təmin edilməsi isə dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olan cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından oldu”. 

Tədbirdə çıxış edən Ərazi Partiya Təşkilatlarının sədrləri Süleyman Əliməmmədov, Təvəkgül Əliyev və Rəşad Məmmədov Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan geniş bəhs edərək belə bir əminliyi ifadə ediblər ki, qalib Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.