YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uzaqgörən siyasətin nəticəsi

Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının təşkilatçlığı ilə “Azərbaycan son 20 ildə” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy RİH başçısının birinci müavini  Natiq Nağıyev, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayandələri, o cümlədən partiya fəalları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Gədəbəy şəhərinin mərkəzində ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsinin ehtiramla yad ediblər.

Tədbir Rayon Aşıqlar evində davam etdirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının süverenliyi və ərazi bötüvlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, bugünkü tədbirin mahiyyəti Azərbaycanın son 20 ildə əldə etdiyi uğurlar və nailiyyətlər barəsindədir: “Bu nailiyyətlər YAP Sədri, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti nəticəsində baş verib. Cənab İlham Əliyevin varlığı siyasi varisliyin təntənəsidir. Ulu Öndərimiz Heydər Əliyev cənab İlham Əliyev haqqında deyib: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu inam bir atanın bir  oğula olan məhəbbətinin göstəricisi deyildi. Bu inam  dünya  miqyasında  ağır sanbalı olan bir dövlət başçısının uzaq görənliyi idi.” Rüstəm Nağıyev qeyd edib ki, sentyabrın 27-si başlayan və 44 gün davam edən müharibədə düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Nəhayət, Ermənistanın işğalına son qoyuldu. Bu gün Azərbaycan dünyanı iqtisadiyyatımızın qüdrəti, azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri ilə heyrətləndirir. Cənab İlham Əliyev rayonlarımıza çoxsaylı səfərlər edir, strateji infrastruktur obyektlərinin açılışını edir, yenilərinin təməlini qoyur.  Bütün bunlar onu göstərir ki, hələ Azərbaycanı çox uğurlar gözləyir.”

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Natiq Nağıyev  vurğulayıb ki,  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən ötən müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: “Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.” 

Sonda tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etdirilib.