YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsrə bərabər 20 il

YAP Zərdab rayon təşkilatı ağacəkmə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə bağlı Zərdab rayonunda tədbir keçirilib.

YAP Zərdab rayon təşkilatının təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyev adını daşıyan parkda təşkil olunan ağacəkmə aksiyası ilə başlayıb. Sonra YAP Zərdab rayon təşkilatının inzibatı binasında cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə cıxış edən YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev Ümummilli   Liderimiz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirərək son iyirmi ildə qazanılan misilsiz nailiyyətlərə imza atan, müdrik siyasəti, qətiyyəti və qüdrətli liderliyi nəticəsində ərazi bütövlüyümüzü bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz xidmətlərindən bəhs edib. İlkin Əliyev qeyd edib ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub: “Bu gün Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş, Azərbaycanın dövlət müstəqilliyinin və dinamik inkışafının qarantı olduğunu əyani şəkildə sübuta yetirmiş cənab İlham Əliyev kimi müdrik, qətiyyətli və mahir siyasətçi rəhbərlik edir.  Vurğulanıb ki, əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.”