YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarix yazan əbədiyaşar lider”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və Nizami Rayon İcra Hakimiyyəti birgə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, 12 saylı orta məktəbin direktoru Kamran İsalı, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Nizami Bələdiyyəsinin əməkdaşı Yeganə Abbasova, Bakı Texniki Kollecin Tələbə Gənclər Təşkilatının sədri Səkinə Məhərrəmova və başqaları çıxış ediblər.

Bildirilib ki, Heydər Əliyev yolu çoxəsrlik tarixə əsaslanan milli dövlətçiliyimizin və dövlət müstəqilliyimizin inkişaf salnaməsidir. Ulu Öndər fəaliyyəti boyunca tarixi və siyasi ənənələrə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirməklə yanaşı, yenilikçi, mütərəqqi baxışlara əsaslanan və xalqın xoşbəxt gələcəyinə hesablanmış çox mühüm təşəbbüslər irəli sürərək vacib addımlar atıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini diqqətə çatdırılıb. Vurğulanıb ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Dəyirmi masada müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərdən, Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində əldə edilən uğurlardan söhbət açılıb, Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın zirvələr qət etdiyi, davamlı və dinamik inkişaf yolunda olduğu əlavə edilib.

Çıxışlardan sonra dəyirmi masa müzakirələrlə davam etdirilib.