YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mümkün olmayan işlər görüldü

“Kyiv Diplomatik” jurnalında “Ukrayna Azərbaycanlıları Alimlər Şurası” ictimai təşkilatının sədri, hüquq elmləri doktoru, professor Arif Quliyevin 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə 1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edildiyi və bu əlamətdar tarixi sənədin Azərbaycanı çoxdan gözlənilən azadlığına qovuşdurduğu qeyd olunub. Vurğulanıb ki, Azərbaycan xalqı öz müstəqillik axtarışında çox yollardan keçməli olub, lakin heç bir çətinlik və sınaq onu seçdiyi yolda dayandıra bilməyib.

“Müstəqilliyini elan edən Azərbaycan Respublikası son dərəcə ağır tarixi şəraitlə üzləşib. Güclənən xarici və daxili siyasi qarşıdurmalarla əlaqədar olaraq, çətinliklə qazanılan azadlığı itirmək təhlükəsi böyük idi. Bir tərəfdən Ermənistan-Azərbaycan münaqişəsi, digər tərəfdən isə siyasi çöküş və ovaxtkı ölkə rəhbərliyinin siyasətinin tam qeyri-adekvatlığı vəziyyəti kritik həddə çatdırmışdı.

Lakin 1993-cü il iyunun 15-də görkəmli siyasi lider, müdrik dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu təhlükə aradan qaldırıldı. Xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gələn Heydər Əliyev Azərbaycan xalqının müstəqilliyini əbədi olaraq qoruyaraq ovaxtkı şəraitdə az qala mümkün olmayan işləri gördü”, - deyə müəllif məqalədə qeyd edir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasının həyata keçirilməsində bir sıra parlaq uğurlar əldə edildiyi vurğulanıb.

Müəllif qeyd edir ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ərəfəsində xalqımızın 200 illik münaqişəsinə, 30 illik Vətən həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Yazıda ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan və Ukrayna münasibətlərinin memarı olduğu vurğulanır və iki ölkə arasında tarixi münasibətlərə toxunulur.