YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sürətli inkişaf dövrünü yaşayır

YAP İdarə Heyətinin üzvü Xaçmaz rayonunda gənclərlə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatında YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Elnur Sadıqovun rayon təşkilatının fəal gəncləri ilə görüşü keçirilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolundan danışıb.

YAP İdarə Heyətinin üzvü Elnur Sadıqov bildirib ki, Azərbaycan bu gün çox sürətli inkişaf dövrünü yaşayır və Ümummilli Liderin uğurlu və uzaqgörən daxili və xarici siyasəti davam etdirilir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə xidmət edən çox böyük tədbirlər görülüb, nəhəng infrastruktur layihələri həyata keçirilib, Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmizin dünyaya çıxışı təmin edilib.

Son 20 ildə Azərbaycanda xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açıb və bunun nəticəsidir ki, hazırda Azərbaycan nəinki Cənubi Qafqaz regionu, bütün dünyada güclü, qüdrətli ölkə kimi bütün sahələrdə öz sözünü deyir.

Görüşdə gənclərin çoxsaylı sualları cavablandırılıb.